“Qarabağ”ın rəqiblərinin oyununda qalib gələn olmadı

UEFA Konfrans Liqasının qrup mərhələsində 1-ci turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın yer aldığı H qrupunun ilk qarşılaşmasında Qazaxıstan çempionu “Kayrat” Kipr “Omoniya”sı ilə üz-üzə gəlib. Almatı şəhərindəki “Ortalık” stadionunda keçirilən qarşılaşma qolsuz başa çatıb.

Qrupda ilk turun daha bir oyunu “Qarabağ” və İsveçrə “Bazel”i arasında keçirilir. Hazıda Bakı Olimpiya Stadionunda keçirilən görüşdə hesab açılmayıb.