“Qarabağ”ın rəqibindən “Atletiko” ilə heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 5-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” da növbəti matçına çıxıb.

Unay Emerinin çalışdırdığı kollektiv “Atletiko”nun qonağı olub. Madriddə baş tutan matçda qalib müəyyənləşməyib – 0:0.

Bu nəticədən sonra xalını 8-ə çatdıran “Vilyarreal” liderliyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ”ın “Vilyarreal”la ilk oyunu oktyabrın 29-da Bakıda, ikinci qarşılaşma isə dekabrın 10-da səfərdə baş tutacaq.