“Qarabağ”ın rəqibində koronavirusa yoluxma

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Makkabi”də (Təl-Əviv) koronavirusa yoluxma aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu haqda klubun sayı məlumat yayıb.

Bütün futbolçulardan götürülən test nümunələrinin nəticəsi neqativ çıxsa da, klub əməkdaşlarından birinin virusa yoluxduğu məlum olub. Sözügedən şəxs dərhal karantinə alınıb.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 22-də Avropa Liqasının qrup mərhələsinin ilk matçında səfərdə “Makkabi” ilə qarşılaşacaq. Komandalar arasında ikinci görüş dekabrın 3-də Bakıda keçiriləcək.