“Qarabağ”ın rəqibində koronavirus şoku: 4 nəfər yoluxdu

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı 4-ə çatıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusa yoluxanlardan ikisi əsas heyət üzvüdür. Virusa yoluxanların adları açıqlanmayıb.

Avropa Liqasının qrup mərhələsinin növbəti turunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu noyabrın 26-da oynanılacaq.