“Qarabağ”ın rəqibi koronavirus testindən keçdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Makkabi”nin üzvləri koronavirus testindən keçib.

Komanda.az xəbər verir ki, İsrail klubunun bütün futbolçularıının test nəticəsi neqativ olub. Daha əvvəl koronavirusa yoluxan futbolçular da sağalıb və komanda ilə məşqlərə başlayıb.

“Qarabağ”la “Makkabi” arasında ilk oyun səfərdə keçiriləcək. Oktyabrın 22-də keçiriləcək oyuna saat 23:00-da start veriləcək. “Köhlən atlar”ın qrupdakı digər rəqibləri İspaniya “Vilyarreal”ı və Türkiyə “Sivasspor”udur.