“Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

Futbol üzrə İsrail çempionatında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Makkabi” (Təl-Əviv) də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Hapoel” (Hadera) ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Ardıcıl ikinci qələbəsini qazanan “Makkabi” bu nəticədən sonra 9 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avroliqanın qrup mərhələsinin ilk turunda səfərdə məhz “Makkabi” ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı ikinci görüş dekabrın 3-də baş tutacaq.