“Qarabağ”ın rəqibi yeni futbolçu transfer etdi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” klubu növbəti transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, Təl-Əviv təmsilçisi “Bidvest Uits”dən (Cənubi Afrika Respublikası) Rouen Hümanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

“Qarabağ” turnirin qrup mərhələsində “Makkabi” ilə yanaşı, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq.