“Qarabağ”ın rəqibi səfərdən 1 xalla döndü

Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Hatayspor”la qarşılaşıb. Sivaslılar bu görüşdə heç-heçəyə razılaşıblar – 1:1.

Cari mövsümdə keçirdiyi 6 oyunda 8 xal toplamış Sivas təmsilçisi hazırda 21 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” İ qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə, cavab matçını ayın 26-da Bakıda keçirəcək.