“Qarabağ”ın rəqibi səfərdə uduzdu

Futbol üzrə Kipr çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Larnaka AEK-i ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

“Omoniya” 2 turdan sonra 1 xalla 12 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

“Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.