“Qarabağ”ın rəqibi Portuqaliya klubundan futbolçu aldı

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Lex” (Polşa) heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Poznan klubu Portuqaliya “Belenenseş”indən Alfonso Sousanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Qarabağ” “Lex”lə ilk oyununu iyulun 5-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin