“Qarabağ”ın rəqibi evdə xal itirdi

Futbol üzrə İsveçrə çempionatında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Lozanna” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

“Bazel” 16 turdan sonra 30 xalla 10 kollektiv ikinci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 9-da İsveçrədə baş tutacaq.