“Qarabağ”ın rəqibi cəzalandırıldı

Fransa Peşəkar Futbol Liqası “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Nant”ı cəzalandırıb.

Komanda.az xəbər verir ki, buna azarkeşlərin “Loryan”a səfərdə 2:3 hesabı ilə məğlub olduqları Liqa 1-in 7-ci tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub.

İntizam Komitəsinin qərarına görə, “Nant” qarşıdakı iki səfər oyununda azarkeşlərin dəstəyindən məhrum olacaq. Klubun fanatları oktyabrın 2-də “Monako”, oktyabrın 9-da isə “Renn”lə matçlarda tribunaya buraxılmayacaq.

“Qarabağ” qrup mərhələsinin 2-ci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında 5-ci turun oyunu oktyabrın 27-də Fransada keçiriləcək.

Bizi Telegramda izləyin