“Barselona” “Sevilya” ilə heç-heçəyə razılaşdı, “Real” qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub. Turun açılış matçında “Valyadolid” “Eybar”la qarşılaşıb. Üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vilyarreal” 5-ci tur çərçivəsində “Atletiko” səfərinə yollanıb. Bu matçda qapılara qol vurulmayıb. “Elçe” – “Hueska” görüşü də qolsuz bitib. “Real Sosyedad” evdə “Xetafe”ni darmadağın edib. “Valensiya” isə doğma meydanda “Betis”ə uduzub.

Madrid “Real”ı “Levante”ni sınağa çəkib və inamlı qələbəyə sevinib. Turun mərkəzi görüşündə “Barselona” doğma meydanda “Sevilya”nı qəbul edib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

İspaniya La Liqası, 5-ci tur

3 oktyabr

Valyadolid – Eybar 1:2
Qol
: Toni, 37 – Burqos, 29-pen. K.Rodriqes, 90.

Atletiko – Vilyarreal 0:0

Elçe – Hueska 0:0

Real Sosyedad – Xetafe 3:0
Qol
: Oyarzabal, 28. Merino, 79. Portu, 81.

Valensiya – Betis 0:2
Qol
: Kanales, 19. Telyo, 74.

4 oktyabr

Osasuna – Selta 2:0
Qol
: Ronçaqlia, 23. Kalyeri, 76.

Alaves – Atletik 1:0
Qol
: Eli, 74.

Levante – Real 0:2
Qol
: Vinisius, 16. Benzema, 90+5.

Kadis – Qranada 1:1
Qol
: Alexo, 48 – Sançes, 27.

Barselona – Sevilya 1:1
Qol
: Koutinyo, 10 – De Yonq, 8.

Bombardir: Yaqo Aspas (Selta), Xose Morales (Levante), Ansu Fati (Barselona) – 3 qol.