“Qarabağ”ın qrup mərhələsindəki oyunlarının təqvimi açıqlandı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu ilk oyununu oktyabrın 22-i səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcək. Komanda qrup mərhələsindəki son matçını da səfərdə oynayacaq.  Qurban Qurbanovun yetirmələri qrupun son turunda “Vilyarreal”ın (İspaniya) qonağı olacaq.

22 oktyabr
23:00. Makkabi (Təl-Əviv, İsrail) – Qarabağ

29 oktyabr
21:55. Qarabağ – Vilyarreal (İspaniya)

5 noyabr
21:55. Sivasspor (Türkiyə) – Qarabağ

26 noyabr
21:55. Qarabağ – Sivasspor

3 dekabr
21:55. Qarabağ – Makkabi

10 dekabr
24:00. Vilyarreal – Qarabağ