“Qarabağ”ın qazandırdığı xallar

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Komanda.az xəbər ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qolsuz heç-heçə etməsi ilə mümkün olub. Bu nəticə hazırda avrokuboklarda bir komanda ilə təmsil olunan Azərbaycanın aktivinə daha 0,125 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycan 29-cu pillədə qalıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

Çexiya isə bu nəticədən sonra xallarının sayını 24,550-yə çatdırıb və 16-cı sıraya yüksəlib.

“Viktoriya” ilə “Qarabağ” arasında cavab matçı avqustun 23-də Plzendəki “Dusan Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button