“Qarabağ”ın qarşısını almaq üçün bizə düzgün strategiya lazımdır”

“Çox güclü komanda ilə qarşılaşacağıq”.

Komanda.az xəbər verir ki, bu sözləri “Ferenstvaroş”un futbolçusu Balint Veçey Macarıstanda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Yarımmüdafiəçi “Qarabağ”ın hücumçularını xüsusi fərqləndirib:

“Rəqibin qarşısını almaq üçün bizə yaxşı güc və düzgün strategiya lazımdır. Azarkeşlərimzin də dəstəyi ilə doğma meydanda daha yaxşı oynamaq istəyirik. Sürətli əks-hücumlarla onları cəzalandıra bilərik. Sabah bütün gücümüzü ortaya qoyacağıq. Matça sakit başlamaq çox vacibdir”.

Avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda (1:1) qalib müəyyənləşməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button