“Qarabağ”ın prezidenti komandayla görüşdü FOTO

“Qarabağ”ın prezidenti Abdulbari Gözəl bu gün komandanı ziyarət edib.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, ilk olaraq “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovla görüşən klub prezidenti ilə 2019-cu ildə qeydə alınan nəticələr müzakirə olunub və o, növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib. Daha sonra komandayla görüşən Abdulbari Gözəl “Qarabağ”ın Avropa və dünyada tanınan bir klub olduğunu bildirib və növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb. Gözəl bəy futbolçularla tək-tək görüşərək, ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün baş tutacaq “Keşlə”ylə oyunda uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button