“Qarabağ”ın prezidenti: “İndi hətta “Arsenal” kimi klub futbolçu tapmaqda çətinlik çəkir”

“Qurban Qurbanovla danışdıq. Baş məşqçimiz bəzi transferlər etməyi planlaşdırır. Biz də ona dəstək oluruq”. 

Komanda.az xəbər verir ki, bunu “Azərsun Holdinq”in İdarə Heyətinin sədri və “Qarabağ” klubunun prezidenti Abdulbari Gözəl deyib.

Gözəlin sözlərinə görə, hazırda klub yaxşı futbolçu axarışındadır: 

“İndi onların adlarını mən yox, o bilir. Çünki onun sahəsidir. Bilirsən, indi hətta “Arsenal” kimi klub futbolçu tapmaqda çətinlik çəkir. Yaxşı futbolçu tapmaq elə də asan deyil. Amma onlar həmin cameədədir və bu məsələyə baxırlar”. (Report)

“Qarabağ” qış fasiləsində qapıçı Asmir Beqoviç, eləcə də yarımmüdafiəçi Simeon Slavçev və Riçard Almeyda ilə yollarını ayırıb. Əvəzində “Sumqayıt”da icarədə olan qapıçı Nicat Mehbalıyev geri qaytarılıb.