“Qarabağ”ın potensial rəqibindən 5 cavabsız qol

Futbol üzrə Hollandiya çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən biri olan “Ayaks” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Emmen”lə qarşılaşıb. Paytaxt təmsilçisi bu görüşdə 5 cavabsız qolla qalib gəlib – 5:0.

Bu qələbə sayəsində xal ehtiyatını 4-ə çatdıran “Ayaks” 18 iştirakçı arasında 1-ci pilləyə yüksəlib.

Xatırladaq ki, “Qarabağ” 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button