“Qarabağ”ın oyununa ilk gündə 15 min bilet satıldı!

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” (Çex Respublikası) matçına bilet satışı davam edir.

Komanda.az xəbər verir ki, ilk gündə 15 min bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Biletlər Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrində (iticket.az-da onlayn satış); “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində satılır (11:00-22:00).