“Qarabağ”ın oyununa azarkeş marağı – FOTOLAR

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya”nın qonağı olacaq.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmaya azarkeş marağı azdır. Bunu matçın başlamasına az qalmış stadiondakı boş tribunalardan da görmək olar.

“Qarabağ”ı qarşılaşmanın keçiriləcəyi “Ramon Sançes Pisxuan” stadionunda 40-a yaxın azərbaycanlı azarkeş dəstəkləyir.

“Sevilya” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.

Şahin Cəfərov