“Qarabağ”la rəqabət aparmaq inkişafımız üçün önəmlidir”

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr “Omoniya”sının baş məşqçisi Henninq Berq açıqlama verib.

Komanda.az xəbər verir ki, Berq, “Qarabağ”la rəqabətin onların inkişafı üçün önəmli olduğunu deyib:

“Qrupda yer almaq maddi qazanc üçün şansdır. Digər tərəfdən, “Bazel”, “Qarabağ”, “Kayrat” kimi komandalarla rəqabət aparmaq bizim inkişafımız üçün çox önəmlidir. Çempionatımızın səviyyəsi yaxşıdır, ancaq avrokuboklarda daha güclü klublarla oynamaq bizə yalnız kömək olar”.

Bu gün keçiriləcək “Kayrat” – “Omoniya” matçı saat 18:30-da başlayacaq. H qrupunun digər oyununda “Qarabağ” “Bazel”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button