“Qarabağ”ın keçmiş futbolçusu danışılmış oyuna görə cəzalandırıldı! – AFFA açıqladı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) danışılmış oyunlara qarşı apardığı mübarizə çərçivəsində müxtəlif oyunlar mütəmadi qaydada izlənir.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulur:

Namiq Yusifov – “Qarabağ”ın sabiq oyunçusu

Ceyhun Quliyev – “Səbail-2” komandasının sabiq oyunçusu

Kamran Əkbərov – “Səbail-2” komandasının inzibatçısı, U-19 Azərbaycan milli komandasının sabiq inzibatçısı 

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button