“Qarabağ”ın istədiyi futbolçu satışa çıxarıldı

Yunanıstanın PAOK klubu futbolçusu Yevgeni Xaçeridini satmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “sport24.gr” saytı məlumat yayıb.

Xəbərdə, PAOK rəhbərliyinin 31 yaşlı müdafiəçinin illik məvacibinin çox olmasından xilas olmaq üçün onun satışa çıxardığı bildirilir. Xaçeridi PAOK-da illik 1,3 milyon avro məvacib qazanır.

Yunanıstan mətbuatı Xaçeridiylə “Qarabağ”ın da maraqlandığını iddia edir.