“Qarabağ” Qurban Qurbanovun heyətdə düşünmədiyi legioner üçün təklif gözləyir

“Qarabağ”ın ispan futbolçusu Qaspar Panaderonun klubdakı gələcəyi sual altındadır.

24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin əvəzedici komandası ilə məşqlərini davam etdirir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Panaderonun oyunundan razı deyil və onu gələcək planlarında düşünmür. “Köhlən atlar” ispan yarımmüdafiəçi üçün gələcək təklifləri dəyərləndirəcək.

“Qarabağ” 2021-ci ilin yayında Qaspar Panadero ilə 3 illik müqavilə imzalayıb. Panadero bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb.