“Qarabağ”ın hazırlıq planı bilindi

“Qarabağ” klubunun qış hazırlıq planı məlum olub.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “köhlən atlar” Azərbaycan Premyer Liqasının 14-cü turunda qarşılaşacağı “Sabah”la matçın hazırlıqlarına yanvarın 8-də, klubun bazasında başlayacaq.

Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda qış fasiləsində bir yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 14-də “Zirə”ylə qarşılaşacaq.

“Sabah” – “Qarabağ” matçı yanvarın 21-də keçiriləcək.