“Qarabağ”ın hakimi təhqir edən futbolçusunun cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:

Birinci divizionun 21-ci turunun MOİK – “Qarabağ” matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun bitdikdən sonra “Qarabağ-2” klubunun futbolçusu Məmməd Hüseynov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Birinci divizionun 22-ci turunun “Şüvəlan” – “Kəpəz” matçında “Şüvəlan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.   

Birinci divizionun 22-ci turunun “Qarabağ-2” – “Neftçi-2” matçının 90+8-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Toral Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 22-ci turunun MOİK – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 86-cı dəqiqəsində “Keşlə-2” klubunun futbolçusu Orxan Fərəcov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 22-ci turunun “Səbail-2” – “Qaradağ Lökbatan” matçında xərək daşıyan şəxslərin sayı əsasnaməyə uyğun olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

Birinci divizionun 22-ci turunun “Sumqayıt-2” – “Sabah-2” matçında xərək daşıyan şəxslərin sayı əsasnaməyə uyğun olmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button