“Qarabağ”ın hədəfinə çatacağına inanıram” – Çumbinyo

“Qarabağ”ın sabiq futbolçusu Çumbinyo Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb.

Komanda.az xəbər verir ki, hazırda ölkəsində “Juventude” klubunun uğurları üçün çalışan 32 yaşlı braziliyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Sevinirəm ki, “Qarabağ” Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Komanda tez-tez avrokuboklarda çıxış edir və bu, vacibdi. “Qarabağ”ın yer aldığı qrup olduqca çətindi. APOEL, “Sevilya” və “Düdelanj”la matçlar asan olmayacaq. Çünki bütün komandalar yaxşı və güclüdü. “Qarabağ” da güclü komandadı və sona qədər hər bir rəqiblə mübarizə aparacaq. “Sabiq” komandamın hədəfinə çatacağına inanıram”.

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illər aralığında “Qarabağ”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button