“Qarabağ”ın futbolçusu “Zirə”də – Rəsmi

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qartallar” Nicat Süleymanovla anlaşıb. 20 yaşlı yarımmüdafiəçi növbəti mövsümün sonuna kimi “Qarabağ”dan icarəyə götürülüb.

Süleymanov, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.