“Qarabağ”ın legioneri Barselonanı seçdi

“Qarabağ”ın futbolçusu Xayme Romero İspaniyada əməliyyat olunacaq.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Komanda.az-a açıqlamasında deyib. O, ispan yarımmüdafiəçinin Barselona şəhərində əməliyyat olunacağını bildirib:

“Romero Barselonada əməliyyat olunacaq. İspaniyaya getmək özünün seçimidir. Tanıdığı həkimdir və ona görə Barselonanı seçib”.

Romero Konfrans Liqasının qrup mərhələsinin “Bazel”lə (İsveçrə) oyununda (0:0) zədələnib. Onun azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.