“Qarabağ”ın futbolçusu millinin heyətindən uzaqlaşdırıldı

“Qarabağ”ın və Bolqarıstan millisinin heyətində itki baş verib.

Komanda.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, millinin yarımmüdafiəçisi Simeon Slavçev xəstələnib. Bu səbəblə o, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bolqarıstan millisinin Monteneqro ilə sabah keçiriləcək səfər oyununu buraxacaq. Yığmanın baş məşqçisi Krasimir Balakovun futbolçunun Sofiyada qalmasına qərar verdiyi bildirilib.

Azərbaycan Premyer Liqasının növbəti turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” oktyabrın 24-də, Avropa Liqasının qrup mərhələsi çərçivəsində APOEL-i qəbul edəcək.