“Qarabağ”ın futbolçusu milli karyerasını bitirdi

“Qarabağ”ın üzvü Donald Gerye Haiti millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə futbolçu şəxsi “instagram” hesabından məlumat verib. Çox fikirləşdikdən sonra belə qərara gəldiyini bildirən 31 yaşlı futbolçu, millinin formasını geyindiyi üçün qürur duyduğunu bildirib. O, klub karyerasına köklənmək üçün bu addımı atdığını bildirib.

Gerye 55 dəfə Haiti millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button