“Fikrimcə, hər şey yaxşı olacaq” – Ozobiç

“Qarabağ”ın futbolçusu Filip Ozobiç Konfrans Liqasının qrup mərhələsində Kiprin “Omoniya” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi, matçla bağlı bunları deyib:

“Bizi ağır oyun gözləyir. İlk görüşdə 4:1 hesabı ilə qalib gəlsək də, rəqib çox yaxşı komandadır və çox yaxşı oyunçuları var.

Azərbaycan millisi ilə “Qarabağ”dakı çıxışlarımı ayırmaq istərdim. “Sabah “Qarabağ”ın oyunu olacaq. Fikrimcə, hər şey yaxşı olacaq. Heç bir neqativ enerji yoxdur”.

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq.