“Qarabağ”da Emeqaranın “xələf”i

“Qarabağ”ın futbolçusu Araz Abdullayevin yeni forma nömrəsi məlum olub.

Komanda.az klubun “instagram” hesabına istinadən xəbər verir ki, Abdullayev bundan sonra 7 nömrəli formada mübarizə aparacaq. Araz, daha əvvəl 9 nömrəli formanı geyinirdi.

“Qarabağ”da son olaraq 7 nömrəni İnnosent Emeqara daşıyırdı. İsveçrəli hücumçu Ağdam təmsilçisi ilə yollarını ayırıb.