Etdiklərindən dərs çıxarmayan “avtoş” Araz Video+Foto

“Qarabağ”ın futbolçusu Araz Abdullayev diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, Abdullayev avtoşluq etməklə gündəmə gəlib.

Yarımmüdafiəçi yüksək sürətlə maşını idarə etməsini öz “instagram” hesabında paylaşıb (Qafqazinfo).

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov isə onun bu paylaşımına əsəbi reaksiya göstərib. Araz isə ona gülüşlə cavab verib.

Araz Abdullayev 2013-cü ildə Nobel prospektində iki süpürgəçi qadını avtomobillə vurmuşdu. Onlardan biri dünyasını dəyişmişdi. Görünür, Abdullayev həmin hadisədən hələ də dərs çıxarmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button