“Qarabağ”ın ÇL-in 1-ci təsnifat mərhələsindəki cavab matçının vaxtı məlum oldu

“Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu keçirəcəyi cavab oyununun vaxtı müəyyənləşib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək matç saat 21:00-da başlayacaq.

Komandalar arasında Albaniyanın Tirana şəhərindəki ilk görüş isə iyulun 10-da, saat 19:30-da start götürəcək.

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı “Partizani” klubuyla və 2-ci mərhələyə yüksələcəyi təqdirdə də ev oyununu “Dalğa Arena”da keçirəcək. Buna səbəb 21-27 iyul tarixləri arasında baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalının Azərbaycanda keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button