“Qarabağ”ın çempionluq kubokunu şəhid atası qaldırdı

“Qarabağ” klubunun Azərbaycan Premyer Liqasında qazandığı qızıl medallardan biri şəhid azarkeş Məhəmmədəli İbrahimlinin atasına verilib.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın oyunçuları mükafatlandırma mərasimində çempionluq kubokunu da şəhidin atası kapitan Maksim Medvedev və klub prezidenti Tahir Gözəllə birgə qaldırıb.

Daha sonra xatirə fotosu çəkilib.

Xatırladaq ki, mükafatlandırma mərasimində “Qarabağ”a çempionluq kuboku, “Neftçi”yə gümüş, “Zirə”yə isə bürünc medallar təqdim olunub.