“Qarabağ”ın rəqibində daha bir təyinat

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan APOEL klubunun yeni baş məşqçisi Tomas Dollun köməkçisi məlum olub.

Komanda.az xəbər verir ki, alman mütəxəssis Ralf Zumdik bu vəzifəyə gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Zumdiklə 1 illik müqavilə imzalanıb.

Zumdik “Hamburq”, “Borussiya” (Dortmund), “Gənclərbirliyi” və “Hannover”də də Tomas Dollun köməkçisi olub.

“Qarabağ” ilk oyunda səfərdə APOEL-i 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab oyunu avqustun 13-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button