“İmarət”dən Samir Abasova: “Gələn oyunda görərsən…”

“Qarabağ”ın azarkeş qrupu “İmarət”in Premyer Liqanın 3-cü turu çərçivəsində “Neftçi” ilə keçirilən səfər matçında rəqib komandanın baş məşqçisi Samir Abasovu istefaya səslədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında Abasov “İmarət”in bu şüarlarına cavab olaraq, “meydanda verdiyim cavab ağır idi” deyə, bildirib.

“İmarət” “feysbuk” hesabında “Neftçi”nin baş məşqçisinin bu fikirlərinə belə cavab verib:

“Ürəyində cavab zad da verirmiş bu. Gələn oyunda görərsən ağırlığı”.

“Qarabağ” “Neftçi”ni 2:1 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button