“Qarabağ” “Səbail”in Avroliqadakı rəqibi ilə bacarmadı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu Rumıniyanın “Universitatya Krayova” komandası ilə qarşılaşıb. Qarşılaşma qolsuz bərabərliklə bitib.

“Universitatya Krayova” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Səbail”lə qarşılaşacaq.

Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. “Köhlən atlar” iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.

Yoxlama oyunu

25 iyun

Qarabağ – Universitatya Krayova (Rumıniya) 0:0

Qarabağ: 13. Vaqner Silva, 55.Bədavi Hüseynov, 45. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 44.Elvin Cəfərquliyev,  20. Riçard Almeyda, 8. Miçel, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 10. Dani Kintana, 11. Mahir Emreli.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button