“Qarabağ”ın rəqibi baş məşqçisini istefaya göndərdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Düdelanj” klubu baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 52 yaşlı mütəxəssis uğursuz nəticələrdən sonra istefaya göndərilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ferrera bu yay “Düdelanj”a baş məşqçi təyin olunmuşdu.

“Düdelanj” 5 turdan sonra 4 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

“Qarabağ” qrup mərhələsində “Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, dekabrın 12-də isə evdə keçirəcək.