“Vilyarreal”da növbəti itki – “Qarabağ”la oyunu buraxacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” klubu növbəti itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Dani Parexo zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın 6-cı turunun “Valensiya” (2:1) ilə matçında zədələnən Parexo, bir ay yaşıl meydanlardan kənarda qalacaq.

İspan futbolçu “Vilyarreal”ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək. La Liqa klubunda bundan başqa, Pervis Estupinyan və Jerar Moreno da Bakıdakı Avroliqa matçını buraxacaq.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (İsrail) və “Sivasspor” (Türkiyə) ilə mübarizə aparacaq. “Köhlən atlar” ilk turda, oktyabrın 22-də “Makkabi”nin qonağı olacaq, ikinci matçını isə oktyabrın 29-da evdə “Vilyarreal”a qarşı keçirəcək.