“Qarabağ”ın rəqibi serbiyalı hücumçu ilə gücləndi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Makkabi” (İsrail) heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Aleksandr Pesiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində Moldovanın “Şerif”, Fransanın “Tuluza”, Serbiyanın “Srvena Zvezda” klublarında çıxış etmiş Pesiç, son olaraq Səudiyyə Ərəbistanının “Əl İttihad” komandasının formasınıı geyinib. 28 yaşlı futbolçu Serbiya yığmasında da 1 oyuna çıxıb.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Makkabi” ilə yanaşı, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq.