“Qarabağ”ın potensial rəqibi doğma meydanda uduzdu

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan “Legiya” Polşa Ekstraklasasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisi doğma meydanda “Qurnik”lə qarşılaşıb. Görüş “Legiya”nın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Legiya” Polşa Ekstraklasasında 4 turdan sonra 6 xalla 6-cı sıradadır.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.