“Qarabağ” üçün bizimlə Bakıda oynamaq çətin olacaq” – “Düdelanj”ın prezidenti

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubunun prezidenti Romen Şumaxer açıqlama verib.

Komanda.az “estadiodeportivo.com” saytına istinadən xəbər verir ki, Şumaxer əvvəlcə Avropa Liqasının 3-cü turunda səfərdə “Sevilya” ilə qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib:

“Bu mövsüm avrokuboklarda etdiklərimiz möcüzədir. Biz həvəskar komandayıq. Növbəti illərdə bunun baş verəcəyi düşünüləsi bir şey deyil.

Ötən mövsüm “Betis”ə 0:3 məğlub olduğumuz oyunda 60 dəqiqə möhtəşəm oynamışdıq. Bu dəfə “Sevilya”nın daha güclü olduğunu düşünürəm. “Sevilya” bizə görə başqa bir dünyadır”.

Şumaxer, Bakıda “Qarabağ”la üz-üzə gələcəkləri oyunla bağlı da düşüncələrini söyləyib:

“APOEL-ə Nikosiyada qalib gəldik, ancaq sonra “Qarabağ”a uduzduq. Yenidən APOEL-i məğlub edib, onları təəccübləndirmək asan olmayacaq. “Qarabağ” üçün bizimlə Bakıda oynamaq çətin olacaq. Seçimlərimiz azdır, ancaq mümkünsüz deyil. Bizim kimi həvəskar komandaların hansısa seçimlərə malik olması özü böyük şeydir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button