“Uğurlu başlanğıc oldu, ancaq sonra evimizdə “Qarabağ”a uduzduq” – Krasson

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj”ın baş məşqçisi Bertrand Krasson açıqlama bildirib.

Komanda.az “walfoot.be” saytına istinadən xəbər verir ki, Krasson, “Düdelanj”ın Avropa Liqasındakı çıxışı haqda danışıb:

“Məndən əvvəlki baş məşqçi – Emilio Ferrera daim axtarışda olub. Təbii ki, nəticə vacibdir. Üç ay müddətində etdiyi şeylər ortadadır. Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

APOEL-lə oyunda qazanılan qələbə (4:3) həqiqətən bir uğurdur, möhtəşəm və tarixidir. Uğurlu başlanğıc oldu, ancaq sonra evimizdə “Qarabağ”a uduzduq. İndi hamının iki oyunda da məğlub olacağımızı düşündüyü “Sevilya” ilə qarşılaşacağıq. Şanslarımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, üstünlüyü yerli çempionata veririk”.

“Qarabağ” “Düdelanj”ı səfərdə 4:1 hesabıyla məğlub edib.