“Qarabağ”a qarşı çox diqqətli olmalıyıq” – “Düdelanj”ın futbolçusu

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubunun futbolçusu Tibo Leskua açıqlama verib.

Komanda.az “dhnet.be” saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi, oktyabrın 3-də “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışıb:

“Özümüzü yandırmamalıyıq. Kiprlilər az qala bizi öldürəcəkdilər. Bizim itirəcəyimiz bir şeyimiz yox idi. Geridönüş mürəkkəb görünür. “Sevilya”yadan daha az tanınmasına baxmayaraq, “Qarabağ”a qarşı çox diqqətli olmalıyıq”.

“Düdelanj” – “Qarabağ” oyunu oktyabrın 3-də, Lüksemburqda keçiriləcək.