“Qarabağ”ın təklifi qəbul edilmədi

“Qarabağ”ın Argentinanın “Boka Xuniors” klubunun futbolçusu Markos Diası transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin 33 yaşlı argentinalı qapıçı üçün etdiyi təklif qəbul edilməyib. Bu barədə “TNT Sports” məlumat yayıb. “Boka Xuniors” Diası heyətdə saxlayaraq, komandanın əsas qapıçısı Esteban Andrada ilə rəqabət etməsini istəyir.

Bir müddət əvvəl Diasın Çempionlar Liqasında oynamaq istədiyi üçün “Qarabağ”a keçməyə müsbət yanaşdığı iddia edilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button