“Qarabağ”dan “Sumqayıt”a – RƏSMİ

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Komanda.az xəbər verir ki, sözügedən klub “Qarabağ”ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mövsümün sonuna qədər “Sumqayıt”ın uğurları üçün çalışacaq gənc futbolçu “12” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız “Qarabağ”da çıxış edən Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.