“Qarabağ”dan növbəti transfer – Rəsmi

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi yarımmüdafiəçi Patrik Andradeni heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bolqarıstanın “Çerno More” klubundan transfer edilən futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Qarabağ” bu yay Donald Gerye (“Neftçi”), Emil Balayev (“Zirə”), Kevin Medina (“Saveş”, Portuqaliya), Uroş Matiç (“Kopenhagen”, Danimarka) kimi futbolçuları transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button